Monday, September 4, 2017

Sumuq Qalası


Bir çoxlarınız İlisuya gedən də yolun sağında olan bu tarixi abidəyə fikir vermisiniz.Yanına qədər getməmisiniz çünki qalanın yaxınına çıxmaq üçün üzü yuxarı biraz yol qətt eləməlisiniz :) Qalaya gedən yol kiçik daşlarla bəzədilib və qala hal hazırda yenilənmiş vəziyyətdədir.2006-cı ildə qala Mədəniyət və Turizm Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına bərpasına başlanmışdır.Və hazırda yerli və xarici turistlərin böyük diqqətini cəlb etməkdədir.Qala hündürdə yerləşdiyindən təbiətə doğru gözəl ponaraması açılır.Hələ dumanlı havalarda necə gözəl mənzərə ilə qarşı-qarşıya qalacağınızı demirəm.Abidəyə kənardan rahatlıqla seyr edə bilərsiniz amma qalanın içinə girmək istəsəniz bir manatınızdan keçməlisiniz.İçəridə XVI-XVII əsrə aid kənd təsərrüfatı alətləri və bəzi döyüş avadanlıqları yerləşməkdədir.İndi isə keçək tikilinin tarixinə və yerinı yetirdiyi funksiyalarına.

Qala XVI-XVII əsrlərdə İlisu sultanlığının çiçəklənən vaxtında tikilib.Qalanın hazırlanmasında çay daşından,bişmiş kərpicdən,çiy yumurtadan və əhəngdən istifadə olunub.Qala divarlarının qalınlığı aşağıda 70-80 yuxarıda isə 60-70 santimerdir.Qalaya diqqətlə baxsaq görərik ki,qala aşağıdan yuxarıya doğru ensizləşir və bu da qalanın möhkəmliyinin səbəblərindən biridir.
Rəvayətə görə qala İlisu Xanı Sumu xan tərəfindən tikilmişdir amma tarixi mənbələrə baxdıqda isə qala Sumu xan yox Usmi(İlisu sultanlarına verilən tituldur) titulu ilə sultanlığı idarə etmiş Məhəmməd xan tərəfindəm inşa edilmişdir.Adının mənasına gəlindikdə isə qala möhkəm olduğundan qalanı yerli camaat "Sümük" adlandırırdılar.Günümüzə isə Sumuq qala kimi gəlib çıxmışdır.
Keçmiş SSRİ-də məşhur film olan "Qorxma mən səninləyəm" filmi də bu qalada çəkilmişdir.

Bu isə qalanın restavrasiya olunmazdan qabaqkı vəziyyətidir

Oxşar Yazılar

Sumuq Qalası
4/ 5
Oleh

Abone Olun

E-mail adresinizi daxil edin və yazılardan həmən dəqiqə xəbər tutun.