Monday, August 21, 2017

İlisu şəlaləsi

İlisu şəlaləsi

Salam dostlar.Bu gün sizlərə Azərbaycanın məhşur şəlalərindən biri olan İlisu(Ram Ramay) şəlaləsi haqqında danışacam.Çoxları eşidib bu şəlalə haqqında.Və bəlkədə çoxlarınız burada olub.Amma gəlin birdə mən sizə danışım.

Şəlalə yerləşir Qax rayonunun İlisu kəndində və kənd dəniz səviyyəsindən təxminən 1200 metr yüksəklikdə yerləşir.Elə buna görədə yayın oğlan çağında gecələr burda yorğanla yatırlar.Kəndin təmiz havası gözəl mənzərəsinə heyran qalmamaq mümkün deyil.Hər nəysə İlisu kəndi haqqında başqa bir yazımda ətraflı danışacam.İndisə keçək şəlaləyə.

Şəxsi maşınınızla və ya tur avtobusuyla şəlalənin 2 kilometrliyinə qədər gələ bilərsiniz.Amma burdan sonra təxminən 40 dəqiqəlik yolu piyada qət eləməlisiniz.Tənbəllər qorxmayın :) Buradan şəlalənin yanına Niva,Vilis maşınlarıyla da çıxa bilərsiniz.Gedib gəlmək 15 manat.Beş nəfər minsəniz adambaşı üç manat düşür.Birdə var Yük maşını.Hansıki 20-25 nəfər minir maşının yük hissəsinə.Taxtadan oturacaqlar düzəldiblər.Kim yer tutsa oturacaq.Gecikdizsə...(çalışın gecikməyin).Böyük qrupla gedəndə əsasən bununla getməyi məsləhət görürəm,çünki daha əyləncəlidir həmdə adrenalin dolu.Şəlalənin yolu çox kələ-kötürlüdür.Elə buna görədə bu yolu qalxıb düşəndən sonra böyrək daşlarındanda azad olacaqsınız.

 Keçən günlərin birində əyləşmişik bir dayının(70 yaşında,saçları ağarmış bir adam) nivasına,gedirik.Birdən bizlə gedən xanım dilləndi "Niyə bu şəlalənin yolun düzəltmirlər?".Sakitlik düşdü,cavab gəlmədi.Elə bildik ki,eşitməyib və yaxud cavab vermək istəmir.
Təxminən 3 dəqiqədən sonra Dayı qayıtdı ki,"Kim dedi onu?",xanım dediki "Mən idim".Ardıyca dayı çox sakit və mülayim bir tərzdə "Elə Azərbaycanda hər şüy düzəlib birdənə qalıb bu yol".Heçnə deyə bilmədik.Düzü bu yola asfalt örtük çəksələr yol çox dik olduğundan maşınlar qalxa bilməyəcək.İkinci tərəfdəndəki payız aylarında bura çoxlu sel gəlir və seldə özü ilə birlikdə iri daşlar gətirir.Düzəltsələr belə sıradan çıxacaq.Elə yolun belə olmağı yaxşıdı.Bilirsənki kənd yerinə gəlmisən,dağa çıxırsan.Bəzən görürəm gələnlər şəxsi maşını ilə çıxmağa cəhd göstərirlər.Etməyin eləməyin! Bu yolun maşını nivadı,vilisdi.
 Sözün düzü dayının bu cür rahat və fasilə ilə danışmasına heyran qalmışdım.Çox aramla danışırdı və bizdə çox diqqətlə ona qulaq asırdıq.Ara sıra "Goplayırdı" ama olsun. Kəndin köhnə sakini və bir ağsaqqal kimi bizə bir neçə məsləhət verdi.Deyir "Əlli ildi sürücüyəm və burda beş yaxşı sürücü varsa,biridə mənəm.Bax o şəlalənin yanında gördüyünüz daşlar var ha.Onlar hər biri bir ipdən sallanıb.Ağıllı adam şəlalənin çox yaxınına getmir.Bunu hamıya deyirəm.Amma nə faydası.Keçən dəfə bir qız sürüşdü yıxıldı ayağı sındı". Bizi şəlalənin yanına gətirib iyirmi dəqiqə vaxt qoydu ki,gözləyirəm gəlin qayıdaq.

Hündürlüyü 75 metrdir.Və günəşli havalarda şəlalənin töküldüyü yerdə göy qurşağı əmələ gəlir.Yol boyu çoxlu bulaqlara rast gəlmək olur.Və əgər piyada qalxsanız su qablarınızı götürməyi unutmayın.Şəlalədən qayıdanda ordakı çayxanalarda oturub somavar çayı içməyi unutmayın.Düzdü arılar imkan verməyəcək amma onunda ayrı yeri var...

Oxşar Yazılar

İlisu şəlaləsi
4/ 5
Oleh

Abone Olun

E-mail adresinizi daxil edin və yazılardan həmən dəqiqə xəbər tutun.