Wednesday, September 6, 2017

Maralgöl və Macəralarım


Gəncəni gəzdikdən sonra Göygöl Qoruğuna baş çəkməmək günah olardı.Bu yazımda sizlərə təbiətin yaratdığı gözəlliklərdən olan Maral göl və eləcədə oradakı macəralarım haqqında danışacam.Qoruq şəhər mərkəzindən təqribən bir saatlıq məsafədə yerləşir.Pis tərəfi isə odur ki,qoruğa qədər yollar yaxşı işarələnməyib yəni, soruşa soruşa gedib çıxırsan.Qoruğa giriş adambaşına 2 manatdan hesablanır.Avtomobilin parkı üçündə ödəniş etməlisiniz(50 qəpik və ya 1 manat olmalıdı).Maşını park etdikdən sonra təqribən 300 metrlik yolu piyada qaxlmalısınız.

Gəldik çatdıq Göygölə gedən yolla Maralgölə gedən yolun kəsişməsinə.Buradan Göygölə 50 metrlik məsafə var.Maralgölə isə 7km-lik.Həftəsonu olduğundan burada çoxlu adam olur.Elə mən gedəndədə belə idi.Qərara aldım ki,birinci Maralgölə gedim sonra Göygölə.Olduğum yerdən Maralgölə uzun məsafə olduğundan buradan miroavtobuslar işləyir.Adambaşı 1 manatdan qaldırırlar.Amma seçim sizindir piyada da gedə bilərsiniz.Hava isti olduğundan avtobusu seçdim.Əgər gözləsəz ki,səliqəli şəkildə avtobusa minib gedəsiniz elə səhərə qədər də gözləyəcəksiniz.Mümkün deyil.İnsanlar bir birinin belinə çıxır.Mənə elə gəlmir ki,bu Maralgölü görməyin həvəsidir.Mənə elə gəlir ki,bu istinin insanlar üzərindəki  təsiridir.Hətta pəncərədən minəni də öz gözlərimlə gördüm.Təxmin elədiyiniz kimi bundan sonra sürücü ilə aralarında gərginlik yarandı amma biz qayıdaq öz işimizə.Mehriban şəkildə gəldik çıxdıq mənzil başına.Yox yox hələ gölə çatmamışıq,qarşıda sizi gözləyən 296 pilləkən var.Əgər gölə çatmaq istəyirsinizsə bu pilləkənləri bir-bir çıxmalısınız ☺(Aşağıda,şəkildə gördüyünüz yer)


Piyada qalxmaq istəmirsinizsə,gölə atla da çıxa bilərsiniz.Bunlar isə adambaşı 5 manata aparırlar.Deyə bilərsiniz ki,nə at?Gəlmisənsə pilləkənlə çıx gör,pilləkənlə də qayıt.Amma mən atı seçdim ☺Doğrusu biraz həyəcanlı idim çünki birinci dəfə idiki ada minəcəkdim.Ağlıma qəribə qəribə fikirlər gəlirdi.Birdən məni dişləyər və yaxud belindən atar.Hələ məni götürüb qaçmağın demirəm.Amma belə şeylər baş vermədi.Çünki at özün güclə aparırdı o ki qaldı mənə də nəsə edə.At tez tez gedib kölgədə dayanırdı,getmək istəmirdi.Yazıq yaman halsız idi.Sahibin biraz danladım ki,bəs bu nədi heyvana yazığın gəlmir? O da qayıtdı ki,yazığın gəlirsə bəs niyə düşmürsən.Gördüm ki,düz deyir uzatmadım.Atlar pilləkənlərin yanı ilə açılmış bir çığır ilə hərəkət edirdilər.Nəhayət gəldik çatdıq Maralgölə.Atın üzərində bir neçə şəkil çəkdirdikdən sonra təhvil verdim sahibinə.

Göl adamı valeh edirdi.Yamyaşıl məşələrin arasında yerləşən su hövzəsi.Elə bundan sonra anladım ki,niyə bu göl haqqında bu qədər danışırmışlar.Gölün kənarın lentləmişdilir.Və o məşhur lövhəni də ora sancmışdılar."Çimmək Qadağandır".Havanın tempraturu aşağıdakı ilə eyni deyildi,hava xoş idi və sərin meh əsirdi.Adam gölə biraz baxanda canına vahimə düşür.Gölüm duruluğu və səssizliyi adama nəsə demək istəyir elə bil.Bir yandanda ki,bu cür gözəlliyin böyük dəhşətlərə yol açan zəlzələ nəticəsində yaranmağı insana təəccüb gəlir.

Hər nəysə gəlin sizə birazda göl haqqında məlumat verim.Göl 1139-cu ildə Gəncədə baş verən zəlzələdə Kəqəz dağının dağılıb Ağsu çayının qarşısın kəsməsi nəticəsində yaranıb.Zəlzələ nəticəsində 7-si böyük olmaqla ümumilikdə 19 göl meydana gəlib.Maralgöl  dəniz səviyyəsindən 1910 metr yükləklikdə yerləşir.Uzunluğu 700 metr,eni 500 metr,sahəsi isə 23 km²-dir.



Oxşar Yazılar

Maralgöl və Macəralarım
4/ 5
Oleh

Abone Olun

E-mail adresinizi daxil edin və yazılardan həmən dəqiqə xəbər tutun.