Planım belə idi ki,səhər oyandıqdan sonra ilk işim Zaqatalaya getmək olacaq...
Evdə komputerin başında oturarkən birdən dəli şeytan ağlıma vurdu ki, "DUR GET GƏZ!" Çantamı hazırladım və yollandım avtovağzala.Bir neçə gün idi ki,fikirləşirdim - Zaqatala-Balakən tərəflərə səfər eləməyi və oda bu günə qismət imiş.Avtovağzala çatandan sonra soraqlaşıb tapdım şimal-qərb istiqamətində gedən avtobusları.Bircə Zaqatala avtobusu qalmışdı.Sürücüyə yaxınlaşıb yer istədik də mənə yer olmadığın bildirdi.Məndə balaca "tabretkada" getməyə razılaşdım.Onsuz problem deyil idi,öyrəşmişəm.Avtobusun çıxmağına az qalmış sürücü mənə dedi ki,arxadakı yerin sahibi gəlməyib keçib orada otura bilərsən.Təşəkkürümü bildirib keçdim arxa oturacağa və yola düşdük.Yeni insanlarla tanış oldum.İki nəfər Balakən bir nəfər isə Zaqatala sakini var idi.Yolboyu söhbət elədik.Oralar haqqında maraqlı gələn çoxlu suallar verirdim.Əsas odur ki,uzun səfərlərdə yanına söhbət edə biləcəyin adam düşsün.Beləcə yol daha maraqlı keçir.Amma vay o gündən ki,çox danışan adama rast gələsən シ
Mən bir başa Zaqatalaya getməyi planlaşdırmışdım.Amma avtobus təxmin elədiyimdən də gec çatacaqmış ora.Qax-ı azdan çoxdan tanıdığım üçün qərara gəldim ki,Qaxda düşüm və səhər də Zaqatalaya gedim.Elə belə də elədim.Sürücüdən Qax pavilyon adlanan yerdə saxlamasını xahiş etdim.Avtobus da bir oturduğum oğlan(Zaqatala sakini) məni Zaqatalada maraqlı yerləri gəzdirə biləcəyini demişdi.Elə buna görə də əlaqə nömrəsini qeyd eləmişdim.Düşdüyüm yerdən şəhərə baha qiymətə aparırdı taksilər.Saat da gec olduğundan sonuncu taksi qalmışdı.Fikirləşdim ki,tələsməyim.Oturdum kafedə kənd adamları ilə bir çay içdim.Hava da gözəl meh var idi.İsti çay da yerinə düşdü.Qaxda tanıdığım bir taksi var idi,ona zəng elədim və 10 dəqiqəyə orda olacağını bildirdi.Mən də çayımdan qurtumluyaraq onu gözlədim.
Otelə yerləşdikdən sonra planım belə idi ki,səhər oyandıqda ilk işim Zaqatalaya getmək olacaq...
Səhər duş qəbul elədikdən sonra şəhər mərkəzinə səhər yeməyi yemək üçün getdim.Və ordan da birbaşa Zaqatalaya.Avtobusdakı oğlana zəng edib bildirdim ki,təxminən yarım saata orda olacam.O,Zaqatalanın Əliabad qəsəbəsində qalırdı.Mən çatdıqdan 15 dəqiqə sonra o da gəldi.Amma nəsə kehfi yerində deyildi.Onu özümlə o tərəf bu təfə gəzdirmək istəmədim.Maraqlı yerlərin adlarını qeyd elədikdən sonra ondan evə getməsini xahiş elədim.Məndə çıxdım yola.Başladım avtostop çəkməyə.Bir neçə maşın dəyişdim və ən yadda qalan sonuncu dayı oldu.Yolda bir iki bulaqda saxladıq və su qabımı doldurdum.Dayı sağolsun yolboyu mənə bələdçilik elədi.Hətta başqa tərəfə getməsinə baxmayaraq məni lazım olan yerə qədər apardı.
Gedəcəyim ilk yer Qala Düzü qalasına idi,hansı ki,Çar hakimiyyəti vaxtı bura mühüm müdafiyə qalalarından biri olmuşdur.Qalaya qalxan 116 pilləkəni çıxdıqdan sonra qalada məni bir bələdçi qarşıladı.Mənə buranın tarixi,funksiyası haqqında mühüm məlumatlar verdi.Qala 1830-cu ildə tikilmişdir və qalada kiçik həbsxanalar mövcuddur.2000-ci illərdə bura hətta hərbi hissə kimi də fəaliyyət göstərib.İndi isə tarixi abidə kimi qorunub saxlanılmaqdadır.Doğrusu qala elədə yaxşı vəziyyətdə deyldi.Bu yay Zaqatala bölgəsinə yağışın az yağması ilə əlaqədar otlaqlar hamısı yanmışdır.Qalanı gəzdikdən sonra məni qalanın yaxınlığındakı qədimi bir kilsəyədə apardı.Çox böyük bir kilsə idi.Doğrusu,kilsənin dəqiq tikilmə vaxtı bilinmir.Turizm Nazirliyinə görə məbəd IV-V əsrlərə aid bir alban abidəsidir.Bəzi mənbələrinə görə isə 1851-ci ildə tikilmiş provoslav kilsəsidir.Doğrusu,bir çox alban abidəsi görmüş bir adam kimi məbəd elədə qədim zamanlara aid kimi dayanmırdı.Yəni alban memarlıq üslubu yoxdur amma yenədə nəbilim,mülahizələr uçuşur ortalıqda.
Hətta bu yaxın zamanda yurdum insanı buranı çayxana kimi də işlədib😃
Qaladan sonrakı dayanacağım Car(Şamilyovka) kəndi idi.Buradakı bir neçə restoranın adını qeyd eləmişdim.Günorta radələrinə də rast gəldiyi,üçün,elə bura gəlməyim yerinə düşdü.Zaqatala şəhər mərkəzindən bura mikro avtoubslar gəlir.Təxminən 4km-lik məsafə var.
Avtobusa mindim və sürücüdən xahiş elədim ki,mənə "Daşlıq" restoranı adlanan yerdə desin.Buranı çox tərifləyirdilər.Demək olar ki,kimnən soruşurdun hamı tanıyırdı buranı.Doğrudan da,gözəl yer imiş.Meşənin içərisində gözəl yeri əhatə edir.Və sərin meh əsir.Zaqatalaya sizdə getsəz buranı ziyarət etməyi unutmayın.Sifarişimi verdim(1 şiş lülə,salat və bulaq suyu).Təxminən 10 dəqiqəyə yemək gəldi.Yeməyimi bitirib biraz istirahət etdikdən sonra,çantamı vurdum belimə.Doğrusu bir sonrakı dayanacağımı bilmirdim.Çıxdım yola və kənd camaatından biraz soraqlaşdım ki,hara baş çəkmək olar.Elədə bir şey demədilər.Məndə qərara aldım ki,qayıdım şəhər mərkəzinə.Elə gəldiyim avtobusla da qayıtdım.Sürücü mənə Ümid gölü adlanan yerə getməyimi məsləhət gördü.
Mərkəzdə düşdükdən sonra,yol qırağında oturan 2 cavan oğlan gördüm.Yaxınlaşıb ora necə gedə biləcəyimi soruşdum.O da mənə evlərinin yanı olduğunu və məni də ora apara biləcəyini dedi.Çayın pulunu ödədikdən sonra yola düşdük.Çox bərk sürürdü və maşını yeni aldığını dedi.Məni düşürdükdən sonra, yolu mənə başa saldı.Göl Zaqatalanın Çaysavkoz(Qazangül) adlanan bölgəsində yerləşir və yoldan təxminən 2km-lik məsafəsi var.Gölə gedən yol çox ensizdir və yaxşı vəziyyətdə deyil.Hətta düz yolla getdiyimnən şübhə duymağa başladım.Ara sıra maşın keçirdi.Qayıdan maşınlardan birini saxlayıb - düz yolla getdib getmədiymi öyrəndim.Düz gedirmişəm.
Və nəhayyət gəlib çatdım gölə.Üzərimdə olan yorğunluğu bir anlıq unutdum.Çalışıram bunu kəlmələrlə ifadə edim amma bacarmıram.Göldə üzən ördəklərin səsi adama əsl terapiya idi.Yamyaşıl çəmənlik və ətrafında somavar çayından qurtumlayaraq istirahət edən insanlar.Gölün ətrafında "bisetkalar" və Guest House-lar mövcuddur.Gecəni burada qalmağı çox istərdim amma evlərin gələn ayın 13-ə qədər rezerv olunduğunu dedilər mənə.Oturub çay da içə bilmədim,çünki,hava artıq qaralmışdı və mən Qaxa - otelə qayıtmalı idim.Axşam düşdükdən sonra isə burada avtobus olmur,avtostopla isə axşam yol getmək çətindir.Maşınlar saxlamır.Və beləcə yola qoyuldum.
Qayıdanda məni bura gətirən uşaqlala rastlaşdım.Elə onlarla da qayıtdım şəhər mərkəzinə,ordan da Bakı istiqamətinə gedən bir avtobus götürdü məni.Doğrusu,burdan bir başa Balakənə getmək istəyirdim amma komputerim və bəzi əşyalarım oteldə qaldığından,Qaxa qayıtmaq qərarına gəldim...
Zaqatala və Ümid Gölü
4/
5
Oleh
as