Gəncə şəhərinin mərkəzi küçələrindən birində yerləşən bu evin çox maraqlı tarixçəsi var.Deməli,1941-ci ildə Yusif Cəfərov adında 26 yaşlı Gəncə sakini Böyük Vətən Müharibəsinə yola düşür.Üzərindən iyirmi altı il keçəməsinə baxmayaraq ondan xəbər gəlmir.Bundan sonra qardaşı İbrahim kişi qardaşının xatirəsinə belə bir bina inşa edir.Bina 1966-cı ildə tikilməyə başlayır və bir il müddətdə tikintisi başa çatır.Qardaşından xəbər ala bilməyən İbrahim Cəfərov,belə bir binanı inşa etməkdə məqsədi o olur ki,bəlkə qardaşı bunun haqqında xəbər tutub geri qayıda.İndi olduğu kimi o zamanda yerli və xarici turistlərin böyük marağına səbəb olub "Butulkalı Ev".Və memar gələn bütün turistlərlə şəkil çəkdirib albom halına salırdı ki,tikilinin sorağı dünyaya yayılsın və qardaşı bundan xəbər tutsun.Təəssüflər olsun ki,Yusif Cəfərov bir daha geri qayırmır.Tikilinin arxasında rusca "Vətənin naməlum əsgərinə şeq olsun" sözləri yazılıb.Hazırda bu evdə memarın gəlini və nəvələri yaşayır.
Evin tikilməsində 48 min şüşə butulkadan və kiçik dərman qablardan(şüşə) istifadə olunub.İbrahim kişi o vaxtı bu butulkaları şadlıq evlərindən,restoranlardan biri 3-5 qəpikdən olmaqla şəxsi vəsaitinə satın alıb.Hətta tikilinin üzərində istifadə olunun kiçik xırda daşlar Rusiyanın Soçi şəhərindən gətirilib.
Yolunuz Gəncəyə düşsə bu memarlıq abidəsin ziyarət etməyi unutmayın
Butulkalı Ev-Gəncə
4/
5
Oleh
as