Sunday, September 3, 2017

Balakəndən Bakıya 20 qəpik


Gürcüstana keçə bilmədikdən sonra(çünki xarici pasportum evdə qalmışdı) qərara aldımki qayıdım Bakıya.Qarşımda iki seçim var idi.Dörd saat gözləyib avtovağzaldan çıxan avtobusla bir başa Bakıya getmək və ya Bakıya avtostopla qayıtmaq.Adəti üzrə ikinci variantı seçdim 😊.Düzü axşam qaranlığa düşmək məni biraz qorxudurdu.Çünki hava qaralandan sonra avtostop çəkmək elədə düzgün seçim deyil.Yəni çöldə qalmağı gözə almalısan.Amma mən işin maraqlı yanların düşünərək hərəkətə keçdim.Balakən də,Heydər Parkında biraz istirahət etdikdən sonra yola qoyuldum.Bu yazımda əsasən avtosop da baş verən dialoqları nəzərinizə çatdıracam ki,hər dəfə fərqli tip insanla rastlaşırsan.

1.Vəzifəli adam
Elə yenicə yola çıxmışdım ki,biri saxladı.Eyni istiqamətə gedəcəyimizi dəqiqləşdirdikdən sonra çantamı arxa oturacağa qoymaq üçün arxa qapını açdım. -Çox getməyəcəm.Xatexdən sonra dönəcəm yaxşısı budur qucağında saxla...Həqiqətəndə  Xatexə 15km-lik masafə var idi.Amma olsun ora qədərdə getsəm qənimətdir.Adəti üzrə ilkin tanışlıq sualları başladı.Adın nədir? Neçə yaşın var? Harda oxuyursan? Haraları gəzdin ? və Avtostopla hara qədər gedəssən? ."Bakı" deyə cavab verəndə dodağının altında biraz gülümsündü. -Sən bu gedişlə Bakıya 2 günə çatarsan. Elə məndə güldüm.Dedim bəlkə düz deyir.Amma özümə güvənirdim.Bilirdim ki,axşama qədər təyin elədiyim yerə çatacam.Balakəndən Bakıya təqribən 420 km məsafə var.Axşama düşmə ehtimalım böyük idi.Biraz söhbət elədikdən sonra müəllimində səyyah olduğunu öyrəndim. -Fotoaparatın hardadır bəs? .Evdə qalıb deyəndə mənə lap dırnaq arası səyyah kimi baxdı.Səyyahın aparatı həmişə üstündə olar dedi mənə.Çox gizəmli adam idi.Və verdiyim suallarada dolayı yollarla cavab verirdi.Hər şeyə rəğmən səmimi adam idi.Yerli olduğumuzu anladım.Amma haralı olduğunu soruşanda yenə dolayı yolla cavab verirdi.Oxumağa dair,səyahət eləməyə dair mənə bəzi məsləhətlər verdi.Dediyinə görə indiyə kimi beş mindən artıq kitab oxuyub və hələdə oxuyur.Doğrusu bu tip insanlarla elədə qaynıyıb qarışa bilmirəm.Çünki normal söhbət etməkdən çox öz gördüyü işləri ön plana çəkirlər.Və bu bir yerdən sonra sıxıcı gəlməyə başlayır.

Təbiətim gərəyi mübahisə edən biri deyiləm.Biriylə söhbət edərkən onları sonuna qədər dinləyirəm.Və ehtiyac olmadıqda özüm haqqında çox danışmaram.Elə buna görədiki insanları oxuma bacarığım yaxşı inkişaf edib.

Xatexe çatana yaxın maşını saxladı və özü üçün təndir çörəyi aldı.Çörəkçiyə də şikayətini bildirdi ki,əvvəlki kimi operativ işləmirsiz.İşini bitirdikdən sonra avtomobili işə saldı ve davam elədik.Gəlib çatdıq ayrılacağımız yerə.Maşını saxladı.Təşəkkürükü bildirdim.Düşmək üçün qapını açanda əl sıxışdıq və mənə son sözü belə oldu - "OXU..."

2.Kənd sakini
Yenicə yol almağa başlamışdım ki,bir cavan oğlan saxladı.Oda çox yol getmirdi.Təxminən 1km yol getdik.Məzəli adam idi.Bakıya getdiyimi biləndə avtobusa hardan minəcəyimi soruşdu.Dedim ki,avtobusa minməyəcəm,avtostopla gedəcəm.Siqaretini çəkə-çəkə gülməyə başladı.Elə məndə güldüm.Amma bu oğlanın gülməyi çox səmimi gülüş idi.Elə bil mənə inanırdı amma dərinə gedəndə nəsə "nito" görsənirdi.Düşəcəyi yerdə saxladı və beləcə yollarımız ayrıldı.Vidalaşdım və yola qoyuldum.

3.Çörək paylayan oğlan
Sən demə bu oğlan məni düz üç dəfə görüb yolda.Dükanlara çörək payladığından tez-tez dayanırdı.Ona görə götürmürmüş məni.Sonuncu dükana biraz yol olduğundan saxladı bir yerdə getdik.Elədə çox dialoqumuz olmadı.Məni "Balakən" yazısı olan yerdə düşürtdü.

4.Bikar oğlanlar
Balakən lövhəsi olan yerdə şəkillər çəkdirirdim xatirə üçün.Sən demə baş barmağım havada imiş.İki nəfər idilər və Zaqatalaya gedirmişlər.Maşına minəndə bir nəfərdə eyni istiqamətə getdiyindən oda minmək istədi.Amma "Balakən" yazılı tikili ilə şəkil çəkdirəcəyi üçün bizi biraz gözlətdi.Yevlaxdan imiş.Avtovağzala gedirmiş.Biraz "Sən haralısan" tipli söhbət etdikdən sonra mahnı sədaları altında çatdıq Zaqatalanın Bayraq Meydanına.

Yoluma davam eləməyə başladım.Günorta saatları olduğundan insanlar çoxu küçədə idi.Bazarlıq edən kim,işə gedən kim,uşaqları gəzintiyə çıxaran kim.Bir xeyli yolu piyada qətt elədim.Heç bir maşın saxlamırdı.Gəldim çıxdım yolun lap dar olan tərəfinə.Maşınlar sürətlə o tərəf bu tərəfə gedirdilər.Nəhayət yeni avtovağzalı keçdikdən sonra bir maşın saxladı.

5.Taxi
Doğrusu taksilərə əl qaldırmıram.Amma necəsə olub saxlatmışam dayını.Xoşbəxtlikdən dayı dedi ki,Əliabada qədər gedirəm,sənidə orda düşürə bilərəm.Dayı ilə maraqlı söhbət etdik.Özü Zaqataladan imiş.Mənə buralarda haraları gəzdiyimi xəbər aldı.Məndə getdiyim yerləri sadaladım bir-bir.Dayı oraları daha yaxşı tanıdığından siyahıma bəzi yerlər əlavə elədi.Dedi ki,burda ocağlar çoxdu.Dediyi yerlərin bir çoxuna getmişdim. -Katex şəlaləsinə necə getmisən? -Yox.
İki-üç gün öncə orada cavan bir oğlan öldüyünə görə şəlaləyə çıxmağa icazə vermirdilər.Biraz məyus oldum.Birinci oğlanın orda boğulmağına,ikincisi də şəlaləni görmədən ordan ayrıldığıma görə.Məni Əliabada çatdırdıqdan sonra uğurlar dilədi.


Əliabaddan üzü Qax istiqamətinə yol aldım.Yol qırağında bir at arabası gördüm.Sahibi atı qırağa çəkib yemləyirdi.At çox gözəl idi.Son zamanlar atlara marağım çoxaldığından bilmədim nə sual verim və belə bir atın neçiyə olduğun xəbər aldım.Altı yüz manat imiş.İstədim deyəm ki,ver biraz sürüm amma fikrimnən daşındım(sahibi yaman qaraqabağ idi).Yaxşısı budu mən yoluma davam eliyim.Gedib Bakıda sürərəm 😊

6.Mebel maşını
Avtostopa davam elədim.Bir yük maşını keçdi yanımdan.Dayanmaq niyyəti olmadığını hiss elədiyimnən çönüb arxama baxmadım.Lakin biraz sonra "tormoz" səsi eşitdim. Dayanıbmış😉 Yəqin baxışlarımnan çox təsirlənib.Qaça-qaça yaxınlaşdım avtomobilə.Dedi ki,"Səni Zəyəmə kimi apara bilərəm".Təqribən 15km-lik yol var idi.Razılaşdım,əyləşdim.Dayını danışığından Naxçıvanlıya oxşatdım.Cavabında isə "Naxçıvanlı deyiləm,onlar bizim kimi danışır!".
Gəldik çatdıq Zəyəmə.Qarşıda iki yol ayrıcı var idi.Dayı mənim qarşıma iki seçim qoydu.Dedi ki,itəyirsən burada düşüb Kürdəmir yolu ilə davam edə bilərsən.Və yaxud da səni bu yolla Şəkiyə kimi apara bilərəm.İkinci variantı seçdim☺Beləcə yolumuza davam elədik.Bu arada dayının yanında bir oğlanda oturmuşdu.Köməkçisi imiş.Yol boyu öz aralarında pıçıldaşırdılar.Eşidirdim ki,məndən danışırlar.Elə bu əsnada bunların birbaşa Bakıya gedəcəklərini eşitdim.Məni də aparmaq istəyirdi amma nəsə oğlan razı olmurdu.Yəqin yolda nəsə işləri var.Yol boyu tütün plantasiyaları görürdüm.Onu da nəzərinizə çatdırım ki, ölkə ərazisində ən çox tütün istehsalı Şəki-Zaqatala zonasına məxsusdur.
Dayı yanındakı oğlandan ona biraz tütün gətirməsini xahiş etdi.Oda razılaşdı.

"Şəkinin kruqu" deyilən bir yerdə yollarımız ayrıldı. -Burdan 20 qəpik ver get avtovağzala,ordanda birbaşa Bakıya! Amma mənim avtovağzala getmək fikrim yox idi ☺

Bakıya getmək üçün Oğuz yoluna çıxmalı idim.Və mən şəhərin mərkəzində olduğumdan ora gərək şəhəriçi işləyən mikroavtobusla gedəm.Biraz yürüdükdən sonra öyrəndimki Oğuz yoluna burdan 14a nömrəli avtobus gedir.Dayanacağın yerin öyrəndikdən sonra gedib avtobusun gəlməsini gözlədim.Təqribən 7 dəqiqə gözlədikdən sonra avtobus gəldi.Mən istəyən yerə gədəcəyini dəqiqləşdirdikdən sonra sürücüyə yaxın əyləşdim və bəzi suallar verdim.Nəhayət gəldim çıxdım lazımı yerə.Gediş haqqını ödəyib(20 qəpiyik) düşdüm avtobusdan.İstiqamətimi götürdükdən sonra yola qoyuldum.Bir maşın saxladı.Bakıya gedəcəyimi dedim.Və maşında bir nəfər də var idi.Bunlarda Bakıya gedirmişlər və mənidə 20 manata apara biləcəyini dedi.Mən razılaşmadım.İrəlidə bir yerə kimi məni apara bilib,bilməyəcəyini soruşdum.Bu dəfə də o razılaşmadı.


7.Playboy dayı
Oğuz yolu ilə biraz ilərilədikdən sonra bir dayı saxladı.Əvvəl dedi ki,səni Oğuza qədər apara bilərəm.Sonra aydın oldu ki,Qəbələyə qədər bir yerdə gedə bilərik.Çox "kef" adam idi.Şəki-də bir qızla münasibətdədir.Həftəsonu olduğundan ona dəyməyə gəlibmiş.İndi-də gedir Ağdaşdakı sevgilisinin yanına.Bakıdada biri var.Deyir,heyif o pulu qazanıb altına yığan adamlardan.Adam gərək kef eliyə.Gəzə-görə,pul xərcləyə.Mənə də eyni şeyləri məsləhət gördü.Demək olar ki,dayı ilə eyni dünyanın adamlarıydıq.Ortaq cəhətlərimiz çox idi.Savadlı adam idi üstəlik.Keçdiyimiz yerlərdə mənə öz gəzdiyi gördüyü yerləri göstərirdi,onlar haqqında verirdi.Məndə siyahıma əlavə edirdim həmən yerləri.Şəkiyə gələndə yol qırağında böyürtkən satıldığın görüb.Yolkənarlarına diqqətlə baxırdıq ki,ötüb keçməyək.Nəhayət gəldik çatdıq həmən yerə.İki vedrə böyürtkən aldı.Üstündən götürüb biraz yedik.Yol boyu muğama,milli mahnılara qulaq asırdıq.Deyir:o nədi elə jazz-ı rock-u salıblar efirə.Bizimki bu cür gözəl,səliqəli mahnılarımız var.Adam qulaq asanda ürəyi açılır.Səs bunlarda,mədəniyyət bunlarda.Tam olaraq yox amma bəzi nüanslarda razılaşdım dayıyla.Elə bu əsnada telefonuna zəng gəldi.Şəkidəkiymiş.Biraz söhbət elədilər və sonda,axşamkı "güləşdən" böyük həzz aldığını bildirdi.

Gəldik çatdıq Qəbələyə.Yollarımız ayrılırdı.Mənə gedəcəyim istiqaməti başa saldı və sağollaşdıq.
Su qabım boşalmışdı.Məndə yaxınlıqdakı marketə çatdırdım özümü.Həm enerji həmdə sərinləmək məqsədi ilə çiyələkli süd aldım iki ədəd.Kassaya ödəniş eliyib çıxdım çölə


8.Qışqıra-qışqıra danışan kişi
Musiqiyə sonuna qədər səs vermişdi.Otuz beş,qırx yaşlarında bir adam idi.Musiqinin səsindən bir birimizi eşitmirdik.Mənim gördüyüm işin çox bekara bir iş olduğun bildirdi və bunun axırının hara gedəcəyini soruşdu. -Harda qırılar,qırılar!  Elədə sevmədim bu adamı.Özündən çox razı idi."Qəbələnin perevalı"deyilən yerə qədər gətirdi məni və vidalaşdıq.

Belə yollarda gərək yolun başında dayanasan.Perevala girdinsə işin bitdi.Gərək axıra qədər piyada gedəsən.Çünki yollar çox döngəli olduğundan maşının burada saxlamağı təhlükəlidir.Mən piyada biraz gəzməyi seçdim.Gözəl təbiəti var Qəbələnin.Elə məndə yolun kənarı ilə gəzə gəzə irəlilədim.Yol enlenən yerdə bir dayı götürdü məni.Vəndama qədər gətirdi sağolsun.

                                            Final

Elə düşdüyüm yerdə arxadan bir səs gəldi-"Xalaoğlu Bakıya gedirdən?".Pulumun az olduğunu bildirdim.Cavabında isə pulsuz yola çıxmazlar dedi.Onunla razılaşdım.Necə gedəcəyimi soruşanda məndə həmişəki cavabı verdim.Sağolsunlar məni orda qoymadılar.İki nəfər idilər,qabaqda oturmuşdular.İkisidə Qəbələdən.Oranın meşələri dağları haqqında danışdıq biraz.Yolda iki nəfərdə götürdülər.Yorğun olduğumdan tez yuxuya getmişəm.Gözümü açdım ki,20 Yanvardayam.

Saat doqquz,onun yarısı olardı.Təqribən 8 saata çatdım Bakıya.Çox maraqlı gün keçirdim.Yeni insanlarla tanış oldum və yeni şeylər öyrəndim.Bu mənim ilk avtostop macəram deyildi.Yenicə Balakəndən gəldiyimə görə əhvalatlar daha yaxşı yadımda qalıb.Ona görədə isti isti sizlərə təqdim etmək istədim.Bunnanda uzun səfərlərdə görüşənədək :)

Oxşar Yazılar

Balakəndən Bakıya 20 qəpik
4/ 5
Oleh

Abone Olun

E-mail adresinizi daxil edin və yazılardan həmən dəqiqə xəbər tutun.