Wednesday, September 13, 2017

Asma Körpü-Lahıc


Körpü İsmayıllı rayonunun da Lahıc kəndinə gedən yolun sağ tarəfində yerləşir.Lahıca gedərkən bu körpünü ziyarət etməmək günah olar.Ən azından maşından düşüb bir şəkil çəkdirməlisən :) Mən bura tur gətirmişdim.Saat 12 radərəlində çatdığıımızdan adam çox idi.Bizdə qərara aldıq ki,qayıdan başı dəyərik körpüyə.Elə belədə elədik.Lahıcı gəzdikdəm sonra qayıtdıq körpüyə.

Körpü Azərbaycanın ən şıltaq çaylarındn biri olar Girdman çayın üzərində 1969-cu ildə salınmışdır.Artıq 48 ildir ki, öz funksiyasını yerinə yetirən körpü bu yaxın zamana qədər yararsız vəziyyətə düşmüşdü.Hətta,1997-ci ildə körpü dağılmılmışdı.Amma 1 il sonra Zərnəva kənd bələdiyyəsi körpünü təmir etdirib hazır vəziyyətə gətirmişlər.Körpünün uzunluğu 28 metrdir və Zərnəva kəndinə gecən ən vacib piyada yoludur.

Səhv etmirəmsə körpünü keçdikdən sonra altı-yeddi km-lik məsafə qalır kəndə.Kənd camaatı demək olar ki,hər gün bu yoldan istifadə edir.Hətta körpünün başında kənd uşaqları meşələrdən yığdıqları məhsulları(kəklikotu,qaratikan və s.) satırlar.

Körpünün başına bir lövhə yazıb asıblar ki - Körpüyə 2 nəfərdən artıq şəxsin çıxmağı qadağandır.Adəti üzrə məhəl qoyan yoxdu.Altmış nəfər birdən keçir :) Və lövhə olan yerdə bir dayı dayanıb ki,adamın birin 50 qəpikdən buraxır.Elədə qanuni bir şeyə oxşamır amma nəysə.


Körpüyə çıxanda "Şrek" filmin də ki,Şrekin,dostu Eşşəklə asma körpüdən keçməkləri yadıma gəldi.Eşşək hündürlükdən qorxduğundan Şrek körpünü möhkəm yellədirdi.İstədim məndə belə eliyəm,gördüm ki,yox.-Adamı ayaqlarından sallıyarlar aşağı.

Tuesday, September 12, 2017

Burj Al Arab


Hamımızın aksiyon filmlərindən və ya səyyahət proqramlarından tanıdığı Burj Al Arab oteli.Sizin də Dubaya gedən bir tanışınız olubsa mütləq onun bu otelin qabağın da paylaşdığı şəkillərin görmüsünüz.Bir çoxlarımızın bu oteldə gecələyə bilməyəcəyi bir fakt kimi gözümüzün önün də durur ☺Çünki,nömrələrin gecəlik qiyməti haddən artıq bahadır.

Otelin adı ərəbcədən tərcümədə Ərəb Qalası mənasına gəlir.Xarici görünüşündən dənizə açılan bir yelkənli qayığı xatırlatdığından tikiliyə Yelkən Otel də deyilir.Otelin tikilməsinə1994-cü ildə Basra körfəzin də başlanmışdır.Otel əvvəlcədən dənizin sahilin də salınmış kiçik süni ada üzərində inşa edilmişdir.Tikilinin açılışı 1999-cu ildə olmuşdur.Hündürlüyü 321 metr olan otel 70 mərtəbədən ibarətdir.Sahəsi isə 111,500 m2-lik ərazini əhatə edir.Otel dünyanın ilk 7 ulduzlu olması ilə şöhrət qazanıb.

Burj Al Arab də nömrələrin qiyməti 1000-6000 dollar arasında dəyişməkdədir.Buradakı Kral Dairəsinin qiyməti isə 27.000 min dollar həndəvərindədir.Oteldə 8 restoran fəalliyyət göstərir.



Bundan əlavə oteldə helikopter üçün enmə zolağı da mövcuddur.


Monday, September 11, 2017

Into The Wild


Film baxdıqdan sonra hər şeyi bir kənara atıb səyyahət etməyə çıxacaqsınız. Film bir çoxlarının eləmək istəyib də edə bilmədiklərindən bəhs edir.İçinizdə ki,Christopher Mccandless-i kəşf edəcəksiniz.

Filmin rejissoru Sean Penn-dir və 2017-ci ildə səhnələşdirilib.Universitetdən yeni məzun olmuş Christopher McCandless,ailəsin də baş verən problemlər və özünün aldığı bir sıra qərarlar ilə sahib olduğu hər şeyi geridə buraxaraq Alaskaya doğru yola çıxar.Film də Cristopherin yolda olduğu bu iki il müddətdə üzləşdiyi hadisələrdən bəhs edilir.Səyyahət zamanı bir sıra problemlərlə rastlaşsa da hər şeyə rəğmən o,öz istədiyi həyatı yaşamağa çalışır.Və bundanda böyük zövq aldığı hər halından aşikardır.O,bu səyyahətə ailəsininrazılığı olmadan çıxıb və elə buna görədə ailəsi ondan narahatdır.Polislərin,ailəsinin axtarışları nəticəsiz qalır ta ki,o xəbərə kimi...


Film real hadisələr əsasında çəkilib.Yaşadığı şeyləri öz gündəliyinə qeyd eliyən Cristopherin yazdığı son notlar bunlar idi.

"Xoşbəxt bir həyat yaşadım və bunun üçün Tanrıya minnətdaram.Sağolun.Tanrı sizə yar olsun"

Bu isə onun ölməzdən qabaq çəkdirdiyi son şəkildir.


Son olaraq isə filmin özü qədər gözəl olan Eddie Vedder-in bəstəsi "Society" ilə sizləri baş-başa buraxıram...




Sunday, September 10, 2017

Zaqatala və Ümid Gölü



Planım belə idi ki,səhər oyandıqdan sonra ilk işim Zaqatalaya getmək olacaq...

Evdə komputerin başında oturarkən birdən dəli şeytan ağlıma vurdu ki, "DUR GET GƏZ!" Çantamı hazırladım və yollandım avtovağzala.Bir neçə gün idi ki,fikirləşirdim - Zaqatala-Balakən tərəflərə səfər eləməyi və oda bu günə qismət imiş.Avtovağzala çatandan sonra soraqlaşıb tapdım şimal-qərb istiqamətində gedən avtobusları.Bircə Zaqatala avtobusu qalmışdı.Sürücüyə yaxınlaşıb yer istədik də mənə yer olmadığın bildirdi.Məndə balaca "tabretkada" getməyə razılaşdım.Onsuz problem deyil idi,öyrəşmişəm.Avtobusun çıxmağına az qalmış sürücü mənə dedi ki,arxadakı yerin sahibi gəlməyib keçib orada otura bilərsən.Təşəkkürümü bildirib keçdim arxa oturacağa və yola düşdük.Yeni insanlarla tanış oldum.İki nəfər Balakən bir nəfər isə Zaqatala sakini var idi.Yolboyu söhbət elədik.Oralar haqqında maraqlı gələn çoxlu suallar verirdim.Əsas odur ki,uzun səfərlərdə yanına söhbət edə biləcəyin adam düşsün.Beləcə yol daha maraqlı keçir.Amma vay o gündən ki,çox danışan adama rast gələsən シ

Mən bir başa Zaqatalaya getməyi planlaşdırmışdım.Amma avtobus təxmin elədiyimdən də gec çatacaqmış ora.Qax-ı azdan çoxdan tanıdığım üçün qərara gəldim ki,Qaxda düşüm və səhər də Zaqatalaya gedim.Elə belə də elədim.Sürücüdən Qax pavilyon adlanan yerdə saxlamasını xahiş etdim.Avtobus da bir oturduğum oğlan(Zaqatala sakini) məni Zaqatalada maraqlı yerləri gəzdirə biləcəyini demişdi.Elə buna görə də əlaqə nömrəsini qeyd eləmişdim.Düşdüyüm yerdən şəhərə baha qiymətə aparırdı taksilər.Saat da gec olduğundan sonuncu taksi qalmışdı.Fikirləşdim ki,tələsməyim.Oturdum kafedə kənd adamları ilə bir çay içdim.Hava da gözəl meh var idi.İsti çay da yerinə düşdü.Qaxda tanıdığım bir taksi var idi,ona zəng elədim və 10 dəqiqəyə orda olacağını bildirdi.Mən də çayımdan qurtumluyaraq onu gözlədim.

Otelə yerləşdikdən sonra planım belə idi ki,səhər oyandıqda ilk işim Zaqatalaya getmək olacaq...
Səhər duş qəbul elədikdən sonra şəhər mərkəzinə səhər yeməyi yemək üçün getdim.Və ordan da birbaşa Zaqatalaya.Avtobusdakı oğlana zəng edib bildirdim ki,təxminən yarım saata orda olacam.O,Zaqatalanın Əliabad qəsəbəsində qalırdı.Mən çatdıqdan 15 dəqiqə sonra o da gəldi.Amma nəsə kehfi yerində deyildi.Onu özümlə o tərəf bu təfə gəzdirmək istəmədim.Maraqlı yerlərin adlarını qeyd elədikdən sonra ondan evə getməsini xahiş elədim.Məndə çıxdım yola.Başladım avtostop çəkməyə.Bir neçə maşın dəyişdim və ən yadda qalan sonuncu dayı oldu.Yolda bir iki bulaqda saxladıq və su qabımı doldurdum.Dayı sağolsun yolboyu mənə bələdçilik elədi.Hətta başqa tərəfə getməsinə baxmayaraq məni lazım olan yerə qədər apardı.

Gedəcəyim ilk yer Qala Düzü qalasına idi,hansı ki,Çar hakimiyyəti vaxtı bura mühüm müdafiyə qalalarından biri olmuşdur.Qalaya qalxan 116 pilləkəni çıxdıqdan sonra qalada məni bir bələdçi qarşıladı.Mənə buranın tarixi,funksiyası haqqında mühüm məlumatlar verdi.Qala 1830-cu ildə tikilmişdir və qalada kiçik həbsxanalar mövcuddur.2000-ci illərdə bura hətta hərbi hissə kimi də fəaliyyət göstərib.İndi isə tarixi abidə kimi qorunub saxlanılmaqdadır.Doğrusu qala elədə yaxşı vəziyyətdə deyldi.Bu yay Zaqatala bölgəsinə yağışın az yağması ilə əlaqədar otlaqlar hamısı yanmışdır.Qalanı gəzdikdən sonra məni qalanın yaxınlığındakı qədimi bir kilsəyədə apardı.Çox böyük bir kilsə idi.Doğrusu,kilsənin dəqiq tikilmə vaxtı bilinmir.Turizm Nazirliyinə görə məbəd IV-V əsrlərə aid bir alban abidəsidir.Bəzi mənbələrinə görə isə 1851-ci ildə tikilmiş provoslav kilsəsidir.Doğrusu,bir çox alban abidəsi görmüş bir adam kimi məbəd elədə qədim zamanlara aid kimi dayanmırdı.Yəni alban memarlıq üslubu yoxdur amma yenədə nəbilim,mülahizələr uçuşur ortalıqda.


Hətta bu yaxın zamanda yurdum insanı buranı çayxana kimi də işlədib😃

Qaladan sonrakı dayanacağım Car(Şamilyovka) kəndi idi.Buradakı bir neçə restoranın adını qeyd eləmişdim.Günorta radələrinə də rast gəldiyi,üçün,elə bura gəlməyim yerinə düşdü.Zaqatala şəhər mərkəzindən bura mikro avtoubslar gəlir.Təxminən 4km-lik məsafə var.

Avtobusa mindim və sürücüdən xahiş elədim ki,mənə "Daşlıq" restoranı adlanan yerdə desin.Buranı çox tərifləyirdilər.Demək olar ki,kimnən soruşurdun hamı tanıyırdı buranı.Doğrudan da,gözəl yer imiş.Meşənin içərisində gözəl yeri əhatə edir.Və sərin meh əsir.Zaqatalaya sizdə getsəz buranı ziyarət etməyi unutmayın.Sifarişimi verdim(1 şiş lülə,salat və bulaq suyu).Təxminən 10 dəqiqəyə yemək gəldi.Yeməyimi bitirib biraz istirahət etdikdən sonra,çantamı vurdum belimə.Doğrusu bir sonrakı dayanacağımı bilmirdim.Çıxdım yola və kənd camaatından biraz soraqlaşdım ki,hara baş çəkmək olar.Elədə bir şey demədilər.Məndə qərara aldım ki,qayıdım şəhər mərkəzinə.Elə gəldiyim avtobusla da qayıtdım.Sürücü mənə Ümid gölü adlanan yerə getməyimi məsləhət gördü.

Mərkəzdə düşdükdən sonra,yol qırağında oturan 2 cavan oğlan gördüm.Yaxınlaşıb ora necə gedə biləcəyimi soruşdum.O da mənə evlərinin yanı olduğunu və məni də ora apara biləcəyini dedi.Çayın pulunu ödədikdən sonra yola düşdük.Çox bərk sürürdü və maşını yeni aldığını dedi.Məni düşürdükdən sonra, yolu mənə başa saldı.Göl Zaqatalanın Çaysavkoz(Qazangül) adlanan bölgəsində yerləşir və yoldan təxminən 2km-lik məsafəsi var.Gölə gedən yol çox ensizdir və yaxşı vəziyyətdə deyil.Hətta düz yolla getdiyimnən şübhə duymağa başladım.Ara sıra maşın keçirdi.Qayıdan maşınlardan birini saxlayıb - düz yolla getdib getmədiymi öyrəndim.Düz gedirmişəm.

Və nəhayyət gəlib çatdım gölə.Üzərimdə olan yorğunluğu bir anlıq unutdum.Çalışıram bunu kəlmələrlə ifadə edim amma bacarmıram.Göldə üzən ördəklərin səsi adama əsl terapiya idi.Yamyaşıl çəmənlik və ətrafında somavar çayından qurtumlayaraq istirahət edən insanlar.Gölün ətrafında "bisetkalar" və Guest House-lar mövcuddur.Gecəni burada qalmağı çox istərdim amma evlərin gələn ayın 13-ə qədər rezerv olunduğunu dedilər mənə.Oturub çay da içə bilmədim,çünki,hava artıq qaralmışdı və mən Qaxa - otelə qayıtmalı idim.Axşam düşdükdən sonra isə burada avtobus olmur,avtostopla isə axşam yol getmək çətindir.Maşınlar saxlamır.Və beləcə yola qoyuldum.


Qayıdanda məni bura gətirən uşaqlala rastlaşdım.Elə onlarla da qayıtdım şəhər mərkəzinə,ordan da Bakı istiqamətinə gedən bir avtobus götürdü məni.Doğrusu,burdan bir başa Balakənə getmək istəyirdim amma komputerim və bəzi əşyalarım oteldə qaldığından,Qaxa qayıtmaq qərarına gəldim...

Wednesday, September 6, 2017

Maralgöl və Macəralarım


Gəncəni gəzdikdən sonra Göygöl Qoruğuna baş çəkməmək günah olardı.Bu yazımda sizlərə təbiətin yaratdığı gözəlliklərdən olan Maral göl və eləcədə oradakı macəralarım haqqında danışacam.Qoruq şəhər mərkəzindən təqribən bir saatlıq məsafədə yerləşir.Pis tərəfi isə odur ki,qoruğa qədər yollar yaxşı işarələnməyib yəni, soruşa soruşa gedib çıxırsan.Qoruğa giriş adambaşına 2 manatdan hesablanır.Avtomobilin parkı üçündə ödəniş etməlisiniz(50 qəpik və ya 1 manat olmalıdı).Maşını park etdikdən sonra təqribən 300 metrlik yolu piyada qaxlmalısınız.

Gəldik çatdıq Göygölə gedən yolla Maralgölə gedən yolun kəsişməsinə.Buradan Göygölə 50 metrlik məsafə var.Maralgölə isə 7km-lik.Həftəsonu olduğundan burada çoxlu adam olur.Elə mən gedəndədə belə idi.Qərara aldım ki,birinci Maralgölə gedim sonra Göygölə.Olduğum yerdən Maralgölə uzun məsafə olduğundan buradan miroavtobuslar işləyir.Adambaşı 1 manatdan qaldırırlar.Amma seçim sizindir piyada da gedə bilərsiniz.Hava isti olduğundan avtobusu seçdim.Əgər gözləsəz ki,səliqəli şəkildə avtobusa minib gedəsiniz elə səhərə qədər də gözləyəcəksiniz.Mümkün deyil.İnsanlar bir birinin belinə çıxır.Mənə elə gəlmir ki,bu Maralgölü görməyin həvəsidir.Mənə elə gəlir ki,bu istinin insanlar üzərindəki  təsiridir.Hətta pəncərədən minəni də öz gözlərimlə gördüm.Təxmin elədiyiniz kimi bundan sonra sürücü ilə aralarında gərginlik yarandı amma biz qayıdaq öz işimizə.Mehriban şəkildə gəldik çıxdıq mənzil başına.Yox yox hələ gölə çatmamışıq,qarşıda sizi gözləyən 296 pilləkən var.Əgər gölə çatmaq istəyirsinizsə bu pilləkənləri bir-bir çıxmalısınız ☺(Aşağıda,şəkildə gördüyünüz yer)


Piyada qalxmaq istəmirsinizsə,gölə atla da çıxa bilərsiniz.Bunlar isə adambaşı 5 manata aparırlar.Deyə bilərsiniz ki,nə at?Gəlmisənsə pilləkənlə çıx gör,pilləkənlə də qayıt.Amma mən atı seçdim ☺Doğrusu biraz həyəcanlı idim çünki birinci dəfə idiki ada minəcəkdim.Ağlıma qəribə qəribə fikirlər gəlirdi.Birdən məni dişləyər və yaxud belindən atar.Hələ məni götürüb qaçmağın demirəm.Amma belə şeylər baş vermədi.Çünki at özün güclə aparırdı o ki qaldı mənə də nəsə edə.At tez tez gedib kölgədə dayanırdı,getmək istəmirdi.Yazıq yaman halsız idi.Sahibin biraz danladım ki,bəs bu nədi heyvana yazığın gəlmir? O da qayıtdı ki,yazığın gəlirsə bəs niyə düşmürsən.Gördüm ki,düz deyir uzatmadım.Atlar pilləkənlərin yanı ilə açılmış bir çığır ilə hərəkət edirdilər.Nəhayət gəldik çatdıq Maralgölə.Atın üzərində bir neçə şəkil çəkdirdikdən sonra təhvil verdim sahibinə.

Göl adamı valeh edirdi.Yamyaşıl məşələrin arasında yerləşən su hövzəsi.Elə bundan sonra anladım ki,niyə bu göl haqqında bu qədər danışırmışlar.Gölün kənarın lentləmişdilir.Və o məşhur lövhəni də ora sancmışdılar."Çimmək Qadağandır".Havanın tempraturu aşağıdakı ilə eyni deyildi,hava xoş idi və sərin meh əsirdi.Adam gölə biraz baxanda canına vahimə düşür.Gölüm duruluğu və səssizliyi adama nəsə demək istəyir elə bil.Bir yandanda ki,bu cür gözəlliyin böyük dəhşətlərə yol açan zəlzələ nəticəsində yaranmağı insana təəccüb gəlir.

Hər nəysə gəlin sizə birazda göl haqqında məlumat verim.Göl 1139-cu ildə Gəncədə baş verən zəlzələdə Kəqəz dağının dağılıb Ağsu çayının qarşısın kəsməsi nəticəsində yaranıb.Zəlzələ nəticəsində 7-si böyük olmaqla ümumilikdə 19 göl meydana gəlib.Maralgöl  dəniz səviyyəsindən 1910 metr yükləklikdə yerləşir.Uzunluğu 700 metr,eni 500 metr,sahəsi isə 23 km²-dir.



Eskimoslar Haqqında


Bildiyiniz kimi Eskimolar yer üzündə yaşayan və sayları get gedə azalan xalqlardan biridir.Bu yazımda sizlərə Eskimolar haqqında bəzi məlumatlar verəcəm.

1.Məskunlaşma
Eskimolar əsasən Kanadanın şimalında,Hudzon körfəzi sahillərində,Qrenlandiya adası,Alyaska və Sibir ərazilərində məskunlaşmışdırlar.

2.Nuş Olsun


Əgər evinizə bir Eskimos qonaq gəlibsə ona yemək verəndə təşəkkür etməsini gözləməyin.O bu minnətdarlığını gəyirməsi ilə bildirəcək :)

3.Salamlaşmaq


Eskimoslar görüşərkən əl sıxışmağı sonradan mənimsəmişdirlər.Bundan öncə isə şəkildə göründüyü kimi burunlarını bir birinə sürtərək görüşürdülər.

4.Salfet


Eskimoslar tualet kağızı icad edilməzdən qabaq özlərini qar və yosunla təmizləyərdilər.Hazırda yer kürəsinin 70%-nin tualet kağızından istifadə etmədiyini nəzərə alsaq Eskimosların da nə etdiklərini bilə bilmərik :)

5.Əlini burnuva salma!


Bir Eskimos ana uşağın burnundakı çirki ağzıyla əmərək təmizləyir.

6.İqlu


Eskimoslar şəkildə gördüyünüz bax bu evlərdə yaşayırlar.Bu evlərə İqlu deyilir.Və buranı soyuq qütb günlərində Eskimosların xilas yeri kimi adlandırmaq olar.Bu evlər buz bloklarının üst üstə qoyulması ilə hazırlanır.

Tuesday, September 5, 2017

Marco Polo


Əziz səyyahətsevərlər,əgər sizdə mənim kimi film izləməkdən böyük zövq alırsınızsa elə bilirəm ki,yaxşı anlaşacayıqGəzdiyim yerlərlə yanaşı istərdim ki,sizlərlə izlədiyim filmləri də bölüşüm.Bu filmlər arasında səyyahət tutqunuzu möhkənləndirəcək filmlərə daha çox üstünlük verəcəm.Bu günkü filmimiz Marco Polo olacaq.

Orta məktəbdə coğrafiyanı yaxşı oxumusunuzsa,bu ad sizə tanış gələcək.Film 2007-ci il istehsalıdır və rejisor Kevin Connor tərəfindən səhnələşdirilib.Film səyyahət edib,yeni şeylər öyrənməyə maraqlı bir gəncin gördüyü işlərdən bəhs edir.Venesiyalı Polonun atası ara sıra şərqə gedib gələn bir tacir olub və hamişə Şərq haqqında ətrafındakılara danışardı.Amma avropalılar Şərqin bu qədər gözəl və inkişaf etmiş yer olduğuna inanmırdılar.Atasının Çinə bir sonrakı səfərində Polo da onlara qoşulmaq qərarına gəlir.Bu ərəfədə Polo hələ iyirmili yaşlarında idi.1271-ci ildə Venesiyadan Qara dənizsahilləri ilə yola çıxan səyyahlar uzun səhraları,dağları aşaraq gəlib çıxırlar Şimali Çinə.Bu zaman Çində monqol hakimiyyəti hökm sürürdü.Və bura Çingiz xanın nəvəsi Kubilay xan başçlıq edirdi.Polo Çində qaldığı 17 illik bir müddətdə çoxlu səfərlər tdi və bunların hamısını öz dəftərində qeydə aldı.

Filmdə Polonun monqol xanı Kubilay xanla olan dərin münasibətindən gözəl bəhs olunub.Xanın Poloya necə güvəndiyinə və aralarındakı sadiq bağlılığa filmi izlərkən şahid olacaqsınız.Onuda nəzərinizə çatdırım ki,Polo öz kitabında Azərbaycandakı karvan yollarından eləcədə Azərbaycan neftindəndə bəhs eləmişdir.

Çalışdığım qədəriylə az məlumat verdim ki,filmin marağaı qaçmasın.Artıq vaxtdır hazırlayın kofenizi və keçin monitorun başına. XOŞ İZLƏMƏLƏR..